|
Nəqliyyat vasitələrinin (Kasko) sığortası
Sığorta təminatının əhatə dairəsi
Sığorta etdirənin avtomobil yollarında nəqliyyat vasitələrindən, qoşqulardan, iş maşınlarıdan və traktorlardan istifadə etdiyi zaman yalnız sığorta şəhadətnaməsində qeyd edilmiş risklərin/riskin baş verməsi nəticəsində nəqliyyat vasitəsinə dəyən maddi ziyana təminat verilir.
Sığorta Hadisəsi
- İstər hərəkət halında, istərsə də hərəkətsiz vəçiyyətdə olan nəqliyyat vasitəsinə sığorta etdirəndən və ya idarə edəndən asılı olmayaraq gözlənilməç və xarici təsirlər nəticəsində sabit və ya hərəkətli bir cismin toxunması (dəyməsi), nəqliyyat vasitəsinin belə cisimləri vurması, nəqliyyat vasitəsinin aşması, düşməsi, üçüncü şəxslərin nəqliyyat vasitəsinə qəsdən zərər vurması;
- Nəqliyyat vasitəsinin yanması, ildırım vurması və partlayış;
- Nəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması və ya oğurlanmasına təşəbbös nəticəsində nəqliyyat vasitəsinə dəyən zərərlər.
- Sığorta şəhadətnaməsində qeyd edilmiş risklərin/riskin Azərbaycan Respublikasının sərhədlərindən kənarda baş verməsindən dəyən zərərlər.
- Tətil, iğtişaş, xalq hərəkatları və bunların qarşısının alınması və ya yatırılması məqsədilə keçirilən inzibati və ya hərbi tədbirlərdən dəyən zərərlər.
-Terror aktları və bu aktlarla əlaqədar sabotajlar nəticəsində dəyən zərərlər.
- Zəlzələ və ya vulkan püskürməsi nəticəsində dəyən zərərlər.
- Sel, daşqın və su basması nəticəsində dəyən zərərlər.
Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)
- Müharibə, bütün növ hərbi əməliyyatlar, xarici düşmən basqını, vuruşma (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə keçirilən inzibati və hərbi tədbirlərdən dəyən zərərlər.
- Hər hansı nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmələr, bunlarla əlaqədar keçirilən hərbi və inzibati tədbirlərdən dəyən zərərlər.
-Nəqliyyat vasitəsinin qoşulub çəkilməsi halı istina olmaqla, səlahiyyətli orqanlar tərəfindən sığortalanmış nəqliyyat vasitəsindən istifadə zamanı nəqliyyat vasitəsinə dəyən zərərlər.
- Sığorta şəhadətnaməsində göstərilən nəqliyyat vasitəsinin müvafiq sürücülük vəsiqəsinə malik olmayan şəxs tərəfindən idarə edilməsi zamanı nəqliyyat vasitəsinə dəyən zərərlər.
- Nəqliyyat vasitəsinin narkotik maddələr və ya spirtli içkilər qəbul etmiş şəxs tərəfindən idarə olunması zamanı nəqliyyat vasitəsinə dəyən zərərlər.
- Nəqliyyat vasitəsinin sığorta etdirən, sığorta etdirənin işçisi və ya onunla birlikdə yaşayan şəxs tərəfindən qaçırılması və ya oğurlanması zamanı nəqliyyat vasitəsinə dəyən zərərlər.
- Mühərrikdə və ya nəqliyyat vasitəsinin digər hissələrində yaü və ya suyun olmaması, donma, xarab olma, köhnəlmə, çürümə, paslanma və baxımsıçlıq nəticəsində nəqliyyat vasitəsinə dəyən bütün digər zərərlər.
- Sığorta hadisəsi ilə əlaqədar olmayan və eyni zamanda sığorta hadisəsinə səbəb olmayan səbəbdən nəqliyyat vasitəsinin mexaniki hissələrinin sınması, elektrik və elektron qurğularının xarab olması, təkərlərin korlanması.
- Nəqliyyat vasitəsinin qəza və ya nasazlıq nəticəsində məcburi olaraq daşınması və ya qoşulub çəkilməsi zamanı (təminatın əhatə dairəsinə daxil olan zərərlər istisna olmaqla) və ya nəqliyyat vasitəsinin özünün girib-çıxa bildiyi (marşrut üzrə işləyən gəmilər və qatarlar istisna olmaqla) avtomobil, dəniz, çay və hava nəqliyyat vasitələrində daşınması zamanı dəyən zərərlər.
- Nəqliyyat vasitəsinə onun texniki pasportunda göstərilən yük götürmə qabliyyətindən artıq miqdarda yük və sərnişin daşınması nəticəsində dəyən zərərlər.
Sığortanın ərazisi
Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası ərazisində qüvvədədir.
|