|
Sığorta təminatının əhatə dairəsi
Sığorta şəhadətnaməsində göstərilən nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərin əmlakına və ya səhhətinə vurulmuş itki və ziyanlara (Nəqliyyat Vasitələri Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasının təminat limitlərindən artıq olan ziyan məbləğinə) sığorta şəhadətnaməsində yazılmış limitlər həddində təminat verilir.
Sığortanın ərazisi
Sığorta təminatı yalnız Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəyə malikdir.
Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)
- Sığorta etdirənin özünə dəyən ziyanlar;
- Nəqliyyat vasitəsini idarə edən şəxsə dəyən ziyanla əlaqədar irəli sürülən tələblər;
- Nəqliyyat vasitəsinin sahibinin və ya onu idarə edən şəxsin həyat yoldaşına, ailə üzvlərinə (övladlığa götürdüyü şəxslər daxil olmaqla) və onunla birlikdə yaşayan bacı-qardaşlarına dəyən ziyanla əlaqədar irəli sürülən tələblər;
- Nəqliyyat vasitəsinin sahibi ilə onu idarə edən şəxs arasındakı münasibətdən nəqliyyat vasitəsinə dəyən zərərə görə irəli sürülən tələblər;
- Sığorta şəhadətnaməsində göstərilən nəqliyyat vasitəsinə, nəqliyyat vasitəsində daşınan mallara (sərnişinlərin əl yükləri və bu kimi əşyalara təminat verilir) və ya nəqliyyat vasitəsinə qoşularaq çəkilən şeylərə itki və ya ziyan dəyməsi ilə əlaqədar irəli sürülən tələblər;
- Oğurlanmış və ya qaçırılmış nəqliyyat vasitəsitəsi ilə vurulan itki və ziyanlar (Yol hərəkəti haqqında qanuna görə idarə edənin məsuliyyət daşımadıüı ziyanlar) və nəqliyyat vasitəsinin oğurlandığını və ya qaçırıldığını bilərək ona minən sərnişinlərə dəyən itki və ziyanla əlaqədar irəli sürülən tələblər;
- Avtomobil yarışlarında (ralli) və ya yarış meydançalarında məşq zamanı baş verə biləcək itki və ziyanla əlaqədar irəli sürülən tələblər;
- Nəqliyyat vasitəsinin qorunması, təmir edilməsi, texniki vəziyyətinin yoxlanılması, alqı-satqısı, müəyyən dəyişiklik edilməsi və digər bu kimi məqsədlərlə əlaqədar yerlərə qoyulmasından sonra meydana çıxan itki və ziyanla bağlı irəli sürülən tələblər;
- Partlayıcı və ya tezalovlanan maddələrin (ehtiyat bençin istisna olmaqla) daşınmasına görə dəyən itki və ziyanla bağlı irəli sürülən tələblər;
- Mənəvi ödəniş tələbləri.
Sığorta təminatına daxil olmayan hallar (İstisnalar)
- Sığorta etdirənin qəsdən vurduğu itki və ziyanlar;
- Nəqliyyat vasitəsinin, yol hərəkəti haqqında qanuna əsasən laçımi sürücülük vəsiqəsi, kateqoriyası və ya yol vərəqəsi olmayan şəxs tərəfindən idarə edildiyi zaman baş verən itki və ziyanlar;
- Nəqliyyat vasitəsinin spirtli içkilərin təsiri altında olub idarəetmə qabiliyyətini itirmiş və ya narkotik maddə qəbul etmiş şəxs tərəfindən idarə olunduüu zaman baş verən itki və ziyanlar;
- Nəqliyyat vasitəsinin sərnişin daşınması üçün nəzərdə tutulmayan hissəsində sərnişin daşınması və ya səlahiyyətli orqanlar tərəfindən müəyyən edilmiş normadan artıq sərnişin və ya yük daşınması zamanı baş verən itki və ziyanlar;
- Sığorta etdirən sığorta hadisəsi baş verdiyi zaman əsas şərtlərin 9-cu maddəsində göstərilən vəzifələrini (sığorta etdirən, mülki məsuliyyətinə səbəb ola biləcək sığorta hadisəsi baş verdiyi zaman itki və ziyanın qarşısını almaq və ya miqdarını azaltmaq üçün zəruri və məqsədyönlü tədbirləri görməlidir. İtki və ziyanın qarşısını almaq və ya miqdarını azaltmaq məqsədilə çəkilən məqsədə uyğun xərclər sığortaçı tərəfindən ödənilir) yerinə yetirməzsə və bunun nəticəsində zərər və ziyanın məbləği artarsa, sığortaçı ziyan çəkmiş üçüncü şəxsə ödəniş verməklə bərabər artan məbləği sığorta etdirəndən geri alır.
|