AZ | EN | FR
Untitled Document
Untitled Document
Onlar bizə etibar etdilər

Siğоrta şirkətinin fəaliyyətini dəyərləndirdikdə, оnun zərər təcrübəsi və təkrarsığоrta dəstəyi kimi amillər əhəmiyyətli rоl оynayir.
   
Untitled Document
Web Mail  
Username

Password

Sığorta təminatının əhatə dairəsi

Sığorta şəhadətnaməsində yazılmış ünvanda saxlanılan mal və əşyalara aşağıda göstərilən hadisələrin baş verməsi nəticəsində oğurluq və ya oğurluğa təşəbbüsdən dəymiş maddi itki və ziyanlara təminat verilir:

- Qırma, oyuq açma, sökmə, dağıtma və zorla daxil olmaq;
- Xüsusi alət, materialların və ya bədənin çevikliyinin sayəsində dırmanma və ya aşma yolu ilə daxil olmaq;
- İtmiş, oğurlanmış və ya qeyri-qanuni yolla əldə edilmiş əsl açarla və ya saxta açarla, habelə başqa alətlə açmaq və ya kod yığma yolu ilə daxil olmaq;
- Sığortalanmış yerlərə xəlvəti girib gizlənmək və ya qalmaq;
- Öldürmə, yaralama, güc və təzyiqdən istifadə etməklə və ya məcbur etməklə daxil olmaq;

Sığorta təminatı sığorta şəhadətnaməsində yazılmaqla yuxarıda göstərilənlərdən biri və ya bir neçəsi üçün verilə bilər.

Sığorta təminatına daxil edilən mal və əşyalar

- Sığorta etdirənə, onunla daima bir yerdə yaşayanlara və işçilərinə aid olan və sığortaya cəlb edilə bilən;
- Mal və əşyalar keyfiyyətlərinə görə növ və ya qruplara ayrılmışsa, bu növ və qruplardan hər hansı birinə daxil olan;
- Mal və əşyaların dəyəri sığorta şəhadətnaməsində ümumi bir sığorta məbləğində göstərilibsə, sonradan alınmış mal və əşyalar, habelə sığortalanmış mal və əşyaların saxlandığı yerlərə oğurluq etmək məqsədi ilə daxil olma və ya daxil olma üçün yerlərin açılması nəticəsində dəyəcək zərərlər də sığorta təminatına daxildir.

Təminat altına alınacaq mal və əşyaların qorunub saxlanılması üçün sığorta şəhadətnaməsinə xüsusi şərtlər yazıla bilər. Belə olan halda sığortaçı, sığortalanmış mal və əşyaların sığorta şəhadətnaməsində göstərildiyi kimi qorunmadığını sübut etməzsə ödənişdən imtina edə bilməz.

Əlavə sığorta haqqı müqabilində təminata daxil edilən mal və əşyalar

- Xəzlər, ipək xalçalar, sənətkarlıq və antikvar baxımından qiymətli olan tablolar, kolleksiyalar, heykəllər, rəsm əsərləri, kitablar, qravürlər, yazılar, xalçalar və sairə;

- Model, qəlib, lahiyə və eskizlər, ixtira sənədləri, mühasibat sənədləri və sairə;

- Sığorta şahadətnaməsində göstərilən ərazidə saxlanılan dəniz, hava və avtomobil nəqliyyat vasitələri və onların yükləri;

- İş yeri ilə əlaqəsi olmayan vitrinlərdə nümayiş etdirilən mallar;

- Nəqd pul, səhm, qaimə və qiymətli kağızlar, qızıl, gümüş, digər qiymətli metallar, bu metallardan və qiymətli daşlardan hazırlanmış cəvahiratlar, inci və bəzək əşyaları;

- Sığorta etdirənə, onunla daima bir yerdə yaşayanlara və işçilərinə məxsus olmayıb sığorta şəhadətnaməsində göstərilmiş ünvanda saxlanılan mal və əşyalar;

Mal və əşyaların sığorta dəyərlərinin cəminin ümumi sığorta məbləğinin aşağıda göstərilən faizini aşdığı hallarda onların mühafizə edilməsi barədə sığorta şəhadətnaməsində xüsusi şərtlər yazılmaqla:

- Sənətkarlıq və antikvar baxımından qiymətli olan tablolar, kolleksiyalar, heykəllər, rəsm əsərləri, kitablar, qravürlər, yazılar, xalçalar və sairlərin sığorta dəyərlərinin cəminin ümumi sığorta məbləğinin 5%-ni aşan hissəsi;

- Qızıl, gümüş və qiymətli metallardan hazırlanan məmulatlar, qiymətli daşlar, incilər və qiymətli əşyaların sığorta dəyərlərinin cəmiin ümumi sığorta məbləğinin 5%-ni aşan hissəsi;

- Kompüter, video, peyk antennası, televizor, maqnitafon, radio, musiqi mərkəzi, fotoaparat, kamera, durbin, mikroskop və bunların aksessuarlarının sığorta dəyərlərinin cəminin sığorta məbləğinin 10%-ni aşan hissəsi;

- Xəz və ipək xalçaların sığorta dəyərlərinin cəminin ümumi sığorta məbləğinin 10%-ni aşan hissəsi.

Qeyd: Göstərilən mal və əşyalarla əlaqədar sığorta hadisəsi baş verdikdə sığortaçı, sığortalanmış əşyaların sığorta şəhadətnaməsində göstərildiyi kimi qorunmadığını sübut etməzsə, ödənişdən imtina edə bilməz.

Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən zərərlər

Sığorta şəhadətnaməsində göstərilən ünvanda fasiləsiz 30 gündən artıq heç kimin yaşamamasından istifadə edərək edilən oğurluq;

- Sığorta şəhadətnaməsində göstərilən ünvanda olan əşyaların həmin ünvandan daşınıb başqa yerdə saxlanılmasından istifadə edərək edilən oğurluq;

- Tətil, ixtişaş və bunların yatırılması və ya qarşısının alınması məqsədi ilə inzibati və hərbi tədbirlərin keçirilməsindən istifadə edərək edilən oğurluq və ya oğurluğa təşəbbüs;

- Yanğın, ildırım, partlayış, zəlzələ, vulkan püskürməsi, sel və su basması, fırtına, yer sürüşməsi, qar ağırlığı hadisəsindən istifadə edərək edilən oğurluq və ya oğurluğa təşəbbüs;

- Sığorta etdirənin xidmətində olan işçilərin etdikləri oğurluq və təxribat;

- Terror və sabotaj aktlarından istifadə edərək edilən oğurluq və ya oğurluğa təşəbbüs.

Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)

- Müharibə, istila, düşmən basqını, vətəndaş müharibəsi, çevriliş və bunların yatırılması və ya qarşısının alınması məqsədi ilə görülən hərbi və inzibati tədbirlərdən istifadə edərək edilən oğurluq, basqın və bu cinayətlərə təşəbbüsdən meydana gələn zərərlər;

- Hər hansı nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmələr və bunların nəticələrinin aradan qaldırılması məqsədi ilə keçirilən hərbi və inzibati tədbirlərdən istifadə edərək edilən oğurluq, basqın və təxribat;

- Səlahiyyətli orqanlar tərəfindən sığortalanmış əşyalar üzərində tədqiqat aparılmasından istifadə edərək baş verən oğurluq, basqın və ya bu cinayətlərə təşəbbüsdən meydana gələn zərərlər;

- Sığorta etdirənlə yaşayan şəxslər tərəfindən edilən oğurluq və təxribat;

- Oğruların sığortalanmış yerlərə daxil olduqları zaman törətdikləri yanğın, partlayış və su basmasından meydana gələn zərərlər;

- Sığorta şəhadətnaməsinə əlavə edilmiş siyahıda göstərilən mal və əşyaların yerində olmaması.

Sığortanın ərazisi

Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası ərazisində qüvvədədir.
 

Untitled Document
Xəbərlər 
Xidmətlərimiz haqqinda nə fikirləsirsiniz?







Untitled Document
Valyuta  
USD 0.86: EUR 1.15:         RR 0.03   :

Bakida Hava  
Halhazirda:+7+9°
Maksimal: 1°
Minimal: ex°
Nisbi Rütubət: .99%
Haqqimizda Mövqeyimiz Xidmətlərimiz Müstərilərimiz Təhsil Filiallar & Agentliklər
Powered by Pentasoft.az