|
Sığorta təminatının əhatə dairəsi
Bu sığorta ilə sığortaçı, sığorta şəhadətnaməsində göstərilən şüşə və aynaların sınması nəticəsində sığorta etdirənə dəyən maddi itki və ziyanlara aşağıdakı şərtlərlə təminat verir.
Sığortanın ərazisi
Sığorta şəhadətnaməsi başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası ərazisində qüvvədədir.
Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən zərərlər
- Eyni zamanda başqa bir sığorta təminatının obyekti deyildirsə, yanğından, ildırım vurmasından, partlayışdan və yanğın söndürmə zamanı və xilasetmə əməliyyatlarından dəyən itki və ziyanlar;
- Sığortalanmış şüşə və aynaların yerləşdiyi bina və ərazidə aparılan inşaat və yenidən quraşdırma işlərindən dəyən itki və ziyanlar;
- Şüşə və aynaların sınması nəticəsində onların üzərindəki qiymətli və ya hər hansı adi yazıların pozulmasından dəyən itki və ziyanlar;
- Tətil, xalq hərəkatları və bunların qarşısının alınması və ya yatırılması məqsədilə görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən itki və ziyanlar.
Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)
- Sığortalanmış şüşə və aynaların yerləşdiyi bina və ərazinin dağılması (dağıdılması) və ya çökməsi;
- Sığortalanmış şüşə və aynaların yerlərinə qoyulması, taxılması, çərçivədən çıxarılması və ya onların yerləşdiyi yerlərdə, çərçivələrdə aparılan təmir işləri, yerlərinin dəyişdirilməsi və başqa yerə daşınması;
- Sığorta etdirən vəya onunla bir yerdə yaşayan ailə üzvləri və xidmətçiləri tərəfindən sığortalanmış şüşə və aynalara qəsdən vurulan itki və ziyanlar;
- Sığortalanmış şüşə və aynaların səthində meydana gələn cızıqlar və dağılıb qopmalar;
- Şüşə və aynaların taxıldığı çərçivələrin qüsurlu olması;
- Zəlzələ, leysan, sel, daşqın və vulkan püskürməsi;
- Müharibə, hər cür müharibə əməliyyatları, xarici düşmən basqını (müharibə elan olunub-olunmamasından asılı olmayaraq) vətəndaş müharibəsi, üsyan, iğtişaş və bunların qarşısının alınması və yatırılması məqsədilə görülən inzibati və hərbi tədbirlər;
- Hər hansı nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmələr, bunlarla əlaqədar keçirilən hərbi və inzibati tədbirlər;
- Səlahiyyətli şəxslər tərəfindən sığortalanmış şüşə və aynalar üzərində ekspertiza aparılması.
|