|
Üçüncü ÅŸəxslər qarşısında mülki məsuliyyət sığortası
Sığorta təminatının əhatə dairəsi
Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına dəyən itki və ziyana görə sığorta etdirənin üçüncü şəxslər qarşısında məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təminat verilir.
Sığorta etdirən hüquqi şəxsdirsə, sığorta etdirənin işçilərinin, vəzifəli şəxslərinin, həmçinin etibarnamə və vəzifə təlimatlarına əsasən onun adından çıxış edən digər şəxslərin hərəkətləri də sığorta etdirənin hərəkətlərinə aid edilir.
Sığorta etdirən mülkiyyət sahibi və ya işin icraçısı kimi təmsil edilmişdirsə, sığorta şəhadətnaməsində onun daşınmaz mülkiyyətində olan əmlak kimi qeyd olunmuş və yaxud görülən iş zamanı istifadə olunan liftin və ya montaj edilmiş avadanlıqların üçüncü şəxslərə vuracağı itki və ziyanlar əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilə bilər.
Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)
Aşağıda göstərilən hallar nəticəsində ortaya çıxan itki və ziyanlarla bağlı tələblər sığorta təminatına daxil edilmir:
- Qəsdən və ya şüurlu hərəkətlər;
- Hər hansı bir müqavilənin şərtlərinə və ya xüsusi anlaşmaya əsaslanaraq sığorta etdirənin qanuni məsuliyyət həddini aşması;
- Sığorta hadisəsilə bağlı sığorta etdirənə xidmət göstərən və ya əmək müqaviləsi ilə bağlı olan şəxslər, həmçinin sığorta etdirənin ailə üzvləri tərəfindən irəli sürülən tələblər.
Qeyd: Sığorta etdirənin həyat yoldaşı, valideynləri və onların övladları (sığorta etdirənin övladlığa götürdüyü şəxslər və onu övladlığa götürən şəxslər də daxil olmaqla) sığorta etdirən ilə bir yerdə yaşayan qardaş-bacıları, kürəkənləri, gəlinləri və onun himayəsində olan digər qohumları, sığorta etdirənin həyat yoldaşının valideynləri və övladları, qardaş və bacıları sığorta etdirənin ailə üzvü sayılır.
Sığorta etdirən hüquqi şəxsdirsə, onun qeyri-məhdud məsuliyyətli səhmdarları və onların yuxarıda göstərilən ailə üzvləri tərəfindən irəli sürülən tələblər də sığorta təminatına daxil edilmir;
- Mühərrikli nəqliyyat vasitələri və onlara qoşulan yedəkləri, mühərrikli velosipedləri (mopedlərin) və hər növ hava nəqliyyat vasitələrini idarə edənlərə və ya sahiblərinə qarşı irəli sürülən tələblər;
- Məşqlər də daxil olmaqla, avtomobil, motosiklet, velosiped, dəniz nəqliyyat vasitələri ilə bağlı yarışlarda, at, boks, güləş üzrə yarış və müsabiqələrdə iştirak ilə əlaqədar itki və ziyanlar;
- Müharibə, üsyan, iğtişaş, tətil və bunların yatırılması və ya qarşısının alınması məqsədilə keçirilən inzibati və ya hərbi tədbirlər;
- Zəlzələ, sel, su basması, qar uçqunu, vulkan püskürməsi, partlayış, yanğın, duman, his, buxar, su, çürümə və ya rütubətin nəticəsi;
- Üçüncü şəxslərə aid olub sığorta etdirənin ailə üzvlərinə, işçilərinə borc, kirayə, mühafizə, təmir, istifadə və ya hər hansı bir başqa məqsəd üçün verilmiş və ya onların nəzarətləri altında olan mallarla əlaqədar;
- Sığorta etdirən, onun işçiləri və yaxud sığorta etdirənin adından çıxış etməyə səlahiyyəti olan şəxslər tərəfindən emal və ya istifadə edilən əşyalara və ya bu əşyalarla funksional əlaqəsi olan texniki cihaz və qurğulara işin qüsurlu aparılması ilə əlaqədar;
- Sığorta etdirənin işçilərinin çalışdıqları bina və əraziyə vurduqları itki və ziyanlar.
Sığortanın ərazisi
Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası ərazisində qüvvədədir.
|