AZ | EN | FR
Untitled Document
Untitled Document
Onlar bizə etibar etdilər

Siğоrta şirkətinin fəaliyyətini dəyərləndirdikdə, оnun zərər təcrübəsi və təkrarsığоrta dəstəyi kimi amillər əhəmiyyətli rоl оynayir.
   
Untitled Document
Web Mail  
Username

Password


Dəzgah sınması sığortası

Sığorta təminatının əhatə dairəsi

Bu sığorta ilə, sığorta şəhadətnaməsinin əlavəsi olan və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən dəzgah və qurğulara sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində, dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir:

- İş qəzaları;
- Modelin, istehsalın, montajın, materialın, qəlibin, qəlibə tökmənin qüsurlu olması və ya lazımi səviyyədə icra edilməməsi;
- Düzgün yağlanmaması;
- Elektrik enerjisinin birbaşa təsiri nəticəsində meydana gələn qısa qapanma, yanıb-sönmə, cərəyan yükünün artması, standartlara uyğun olmayan izolyasiya və ildırım kimi atmosfer elektrik yüklənməsinin dolayı təsirləri;
- Tıxanma, kənar maddə düşməsi;
- Mərkəzdənqaçma qüvvəsinin təsiri nəticəsində olan parçalanmalar;
- Buxar qazanlarında və buxar çənlərində su çatışmamazlığı;
- Suyun səviyyəsinin dəyişməsi, gözlənilmədən həddindən artıq qızma və ya soyuma;
- Təzyiqin aşağı düşməsi nəticəsində qapalı qablarda əmələ gələn əzilmə, deşilmə, qırışma və s. deformasiyalar;
- Fırtına və qasırğa, donma və ya əriyən buz parçalarının sürüşməsi;
- İşçi heyəti və ya üçüncü şəxslərin kobud səhvi, qüsuru, xətası, diqqətsizliyi və ya sabotajları;

İstisna edilməyən digər hallar:

Drel, qayçı, bıçaq, mişar, polad və ya metal hissələrə, kəsici alət və ləvazimatlara, matrisa və qəliblərə, metal əritmə sexlərindəki isti metal valslara, standart şablonlara, modellərə, rəsm rulonlarına, üyüdücü, sındırıcı və qarışdırıcı alətlərə, ələk və xəlbirlərə, tross, kanat, zincir, konveyer lentləri və qayışlar kimi dəyişdirilə bilinən hissələrə və müəyyən müddətdən sonra dəyişdirilməsi və ya yenisi ilə əvəz edilməsi zəruri olan kömür fırçası və lampa kimi hissələrə (elektrik izolyasiya maddələri və izolyasiya yağları istisna olmaqla) sığorta təminatı verilmir.

Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən hallar

Aşağıdakı hallar əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilir:

- Fiziki partlayışların səbəb olduğu ziyan və zərərlər, («fiziki partlayış» dedikdə, təzyiq altında işləyən qablardakı buxarın, qazın və ya maye halındakı qazın ani olaraq genişlənməsi nəticəsində meydana gələn güclü təzyiq və bunun nəticəsində qazın, buxarın və ya maye halında olan qazın qabın divarını parçalayaraq çölə çıxması, beləliklə də qabın daxili təzyiqi ilə xarici təzyiqi arasında bərabərlik yaranması başa düşülür);

- Sığorta təminatına daxil olan səbəblərə görə dəzgah və avadanlıqların özlərinə və ayrı-ayrı hissələrinə dəyən ziyan və zərərlər;

- Sığorta təminatına daxil olan səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləməyə və istirahət və ya bayram günləri işləməyə görə ödənilən haqqlar;

- Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində baş verən bütün növ zərər və ziyanlar.

Sığorta təminatına daxil edilməyən hallar

Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:

- Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;

- Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən bütün ziyan və zərərlər; -Səlahiyyətli orqanların sığortalanmış əmlaklardan istifadə etməsi nəticəsində meydana gələn hər cür ziyan və zərərlər;

- Yanğın və ya yanğının baş verməsi ilə əlaqədar həyata keçirilən söndürmə, yuma və xilasetmə əməliyyatlarının, habelə ildırımın səbəb olduğu ziyan və zərərlər; -Səbəbindən asılı olmayaraq bütün növ gəlir itkisi və mülki məsuliyyətlər;

- Oğurluq və oğurluğa cəhd nəticəsində meydana gələn ziyan və zərərlər;

- Torpaq çökməsi və yer sürüşməsi, qar uçqunu, vulkan püskürməsi, zəlzələ, sel və su basqını kimi təbii fəlakətlərin səbəb olduğu ziyan və zərərlər;

- Dəzgahların normal işləməsi və daimi istifadə olunması nəticəsində baş verən aşınma və ərpimələr və ya çürümələrlə, paslanma və oksidləşmə ilə, buxar qazanlarında ərp bağlama və daşlaşma ilə işləmənin göstərdiyi təsirlərin, atmosfer təzyiqinin və digər bu kimi şərtlərin səbəb olduğu tədrici köhnəlmələrlə əlaqədar olan ziyan və zərərlər;

- Bərk maddə və qazların ani oksidləşməsi və ya qarşılıqlı reaksiyaya girmələri nəticəsində baş verən partlayışların, atmosfer təzyiqi nəticəsində partlamaya meylli tozların partlamasının səbəb olduğu ziyan və zərərlər;

- Sığorta müddəti ərzində xarab olan dəzgahların təmir edilmədən işlədilməsi nəticəsində baş verən ziyan və zərərlər;

- Sığortalının və ya onun adından fəaliyyət göstərən şəxsin qəsdən hərəkətləri və ya əlavə razılaşma varsa, kobud səhvi nəticəsində dəyən ziyan və zərərlər.
 

Untitled Document
Xəbərlər 
Xidmətlərimiz haqqinda nə fikirləsirsiniz?







Untitled Document
Valyuta  
USD 0.86: EUR 1.15:         RR 0.03   :

Bakida Hava  
Halhazirda:+7+9°
Maksimal: 1°
Minimal: ex°
Nisbi Rütubət: .99%
Haqqimizda Mövqeyimiz Xidmətlərimiz Müstərilərimiz Təhsil Filiallar & Agentliklər
Powered by Pentasoft.az