AZ | EN | FR
Untitled Document
Untitled Document
Onlar bizə etibar etdilər

Siğоrta şirkətinin fəaliyyətini dəyərləndirdikdə, оnun zərər təcrübəsi və təkrarsığоrta dəstəyi kimi amillər əhəmiyyətli rоl оynayir.
   
Untitled Document
Web Mail  
Username

Password

Sığorta təminatının əhatə dairəsi

Bu sığorta ilə sığorta şəhadətnaməsinin əlavəsi olan və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən, ümumi bir vahid və ya ayrı-ayrı hissələrdən ibarət olan elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinə sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir:

- İşçi heyətinin və ya üçüncü şəxslərin məlumatsızlığı, səhvi, diqqətsizliyi və ya sabotajları;
- Sığortalanmış əmlakın olduğu ərazidə edilən oğurluq və ya oğurluğa cəhd;
- Dizaynın və ya materialın qüsurlu olması;
- Qısa qapanma, cərəyan dəyişikliyi (artma və ya azalma), induksiya cərəyanının təsiri;
- Yanğın, ildırım, partlayışlar və bunlarla əlaqədar həyata keçirilən söndürmə, xilasetmə, sökmə işləri;
- Qarsılma, qaralma, duman və his;
- Zəlzələ istisna olmaqla, fırtına, sel, yer sürüşməsi, torpaq çökməsi kimi təbii fəlakətlər;
- Su və nəmişliyin təsiri və bunların səbəb olduğu korroziya;
- İstisna edilməyən digər hallar.

Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən hallar

Əlavə sığorta haqqı müqabilində aşağıdakı hallar sığorta təminatına daxil edilə bilər:

- Təminatın əhatə dairəsinə daxil olan səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi hava nəqliyyatı vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləməyə və istirahət və ya bayram günləri işləməyə görə ödənilən haqqlar;

- Səyyar və daşına bilən elektron cihazların sığorta şəhadətnaməsində göstərilən ərazidən kənara aparılması və orada işlədilməsi nəticəsində dəyən ziyan və zərərlər;

- Sığortalanmış əmlaka zəlzələ nəticəsində dəyən ziyan və zərərlər;

- Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində baş verən zərər və ziyanlar;

- Elektron məlumat hazırlama sistemlərinin yaddaşına köçürülən məlumatlar da daxil olmaqla, maqnitli disklər, lent, kart, birbaşa mətn formaları və s. xarici məlumatalma vasitələrinin fiziki zədələnmələri ilə əlaqədar ziyan və zərərlər;

- Zərər dəymiş sığortalanmış cihaz və ya hissənin əvəzinə başqa bir alternativ cihaz və ya hissədən istifadə edilməsinə görə artan iş və əmək haqqı xərcləri;

- Tıxac və qoruyuculara dəyən zərər və ziyanlar.

Sığorta təminatına daxil olmayan hallar

Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:

- Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;

- Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən bütün ziyan və zərərlər;

- Səlahiyyətli orqanlar tərəfindən sığortalanmış cihazlardan istifadə edilməsi nəticəsində meydana gələn hər cür ziyan və zərərlər;

- Səbəbindən asılı olmayaraq bütün növ gəlir itkisi və mülki məsuliyyətlər;

- Sığortalanmış cihazların normal işləməsi və daimi istifadə olunması nəticəsində baş verən aşınma və ərimələr və ya çürümələrlə, paslanma və oksidləşmə ilə, buxar qazanlarında ərp bağlama və daşlaşma ilə, işləmənin göstərdiyi təsirlərin, atmosfer təzyiqinin və digər bu kimi şərtlərin səbəb olduğu tədrici köhnəlmələrlə əlaqədar olan ziyan və zərərlər;

- Sığortalanmış cihazların istehsalçısı və ya satıcılarının qanuna və ya tərəflər arasında imzalanmış müqaviləyə əsasən məsuliyyət daşıdığı ziyan və zərərlər;

- Sığortalanmış cihazlar və onların olduğu yerdə sığorta müqaviləsi imzalandığı zaman mövcud olan və sığorta etdirənə və ya onun nümayəndəsinə məlum olan qüsurlar, çatışmamazlıq və nasazlığın səbəb olduğu ziyan və zərərlər;

- Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində zərərə düşmüş cihazın təmir edilmədən istifadə olunması ilə əlaqədar olan ziyan və zərərlər;

- Sığortaçının məsuliyyət daşıdığı ziyan və zərərlərlə heç bir əlaqəsi olmayan, sığortalanmış cihazların normal işləyə bilməsi üçün nizamlanması, təmir edilməsi və yoxlanılmasına görə çəkilən xərclər;

- Tıxac və qoruyucular istisna olmaqla qoruyucu, rezin örtük, qayış və s. bu kimi dəyişilə bilən hissələr, yağlar və ya kimyəvi maddələr kimi müəyyən müddətdən sonra dəyişilməli və ya əvəz edilməli olan materiallarda onların istifadə olunmaları nəticəsində meydana gələn ziyan və zərərlər (bu hissə və materiallara görə, digər sığortalanmış hissələrin düşdüyü ziyan və zərərlər təminat daxilindədir);

- Sığortalanmış cihazların üst qabığının rənglənmiş, cilalanmış, minalı və s. formalı hissələrində baş verən və xarici görünüşə xələl gətirən cızılma, sıyrılma kimi estetik qüsurlar (bu qüsurlarla əlaqədar digər sığortalı hissələrin düşdüyü ziyan və zərərlər təminat daxilindədir);

- Sığorta etdirənin və ya onun adından fəaliyyət göstərən səlahiyyətli şəxsin kobud səhvi və ya qəsdən etdiyi hərəkətə görə dəyən ziyan və zərərlər.
 

Untitled Document
Xəbərlər 
Xidmətlərimiz haqqinda nə fikirləsirsiniz?







Untitled Document
Valyuta  
USD 0.86: EUR 1.15:         RR 0.03   :

Bakida Hava  
Halhazirda:+7+9°
Maksimal: 1°
Minimal: ex°
Nisbi Rütubət: .99%
Haqqimizda Mövqeyimiz Xidmətlərimiz Müstərilərimiz Təhsil Filiallar & Agentliklər
Powered by Pentasoft.az