|
Sığorta təminatının əhatə dairəsi
Bu sığorta ilə sığorta müqaviləsinə daxil olan əmlaklara, tikinti sahəsində olduqları və tikinti işləri aparıldığı zaman, əvvəlcədən bilinməyən və gözlənilməç səbəblərə görə dəyən ziyan və zərərlərə təminat verilir.
Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən hallar
Aşağıdakı hallar əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilir:
- Tikintidə istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti tikinti barakları və köməkçi tikililər;
- Üçüncü şəxslərə dəyən zərərlərə görə sığorta etdirənə keçəcək hüquqi məsuliyyətlər;
- Zərər nəticəsində meydana gəlmiş uçuq və daüıntıların aradan qaldırılması üçün çəkilən xərclər;
- Təminatın əhatə dairəsinə daxil olan səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq əmək haqqları;
- Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən zərər və ziyanlar;
- Tikintinin başa çatmasından və müvəqqəti qəbulundan sonra başlayan zəmanət dövrü.
Sığorta təminatına daxil olmayan hallar
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
- Müharibə, hər cür hərbi əməliyyatlar, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
- Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
- Səlahiyyətli orqanların sığortalanmış əmlakdan istifadə etməsi nəticəsində meydana gələn ziyan və zərərlər;
- Layihənin səhv olmasına və ya düzgün tətbiq edilməməsinə görə dəyən ziyan və zərərlər;
- Qüsurlu material, səhv iş (bu istisnalar qüsurlu materiallar və hissələrin təmir və bərpa xərclərinə aiddir və bu səbəblərə görə sığorta etdirilmiş digər əşyalara dəyəcək ziyan və zərərlər təminata daxildir);
- Aşınma, korlanma, çürümə və paslanmalar;
- Tikintidə istifadə olunan maşın və dəçgahların mexaniki və elektrik qəzaları və sınmaları (bu qəza və sınmaların sığorta olunmuş digər əşyalara vuracaüı ziyan və zərərlər təminata daxildir);
- İnventar çatışmamazlığı;
- Sığorta etdirənin və ya onun adından fəaliyyət göstərən cavabdeh şəxsin qəsd hərəkətləri və ya əlavə razılaşma varsa, kobud səhvi;
- Tikintinin başa çatmış və ya müvəqqəti olaraq qəbul edilmiş, habelə sifarişçiyə təhvil verilmiş və ya sifarişçi tərəfindən istifadə olunan hissələrində birbaşa və ya bilavasitə meydana gələn ziyan və zərərlər;
- Ayrıca olaraq sığorta etdirilibsə, zəmanət vaxtı başa çatan hissələrdə birbaşa və ya bilavasitə meydana gələn ziyan və zərərlər;
- İnşaatın gecikməsinə, qismən və ya tamamilə dayandırılmasına, öhdəliyin yerinə yetirilməməsinə, müqavilənin ləğv edilməsinə və ya cəza tədbirlərinin tətbiq edilməsinə görə dəyən zərərlər də daxil olmaqla gözlənilən gəlirin itirilməsi, estetik qüsurlar kimi bütün nəticə zərərləri;
- İnşaat ilə əlaqədar olan bütün hava, quru və su yolları nəqliyyat vasitələri;
- Nağd pul, qiymətli kağızlar (çek, sənəd, səhm, istiqraz və s.) qaimə, sənəd qovluğu, borc iltizamları və hesab işlərilə əlaqədar bütün mühasibat sənədləri, inşaat və qurğulara aid olan plan və layihələr.
Sığorta təminatının müddəti
Sığorta təminatının müddəti, sığorta şəhadətnaməsində göstərilən başlanğıc tarixinin əsas olması şərti ilə, əlavə edilmiş siyahıda göstərilən avadanlıq və ləvazimatların tikinti sahəsinə gətirildiyi andan başlayır və sığorta şəhadətnaməsində göstərilən başa çatma tarixində sona çatır. Lakin inşaatın bu tarixdən əvvəl qismən və ya tamamilə başa çatdırılıb sifarişçiyə təhvil verildiyi hallarda, həmin hissələrlə əlaqədar təminatın müddəti başa çatmış olur. Bu sığorta təminatının əhatə dairəsinə daxil olan və tikinti sahəsinə gətirilən material və ləvazimatlar üçün yük sığortası vardırsa, həmin əmlaklarla əlaqədar təminat, yük sığortasının müddəti başa çatdıqdan sonra başlanır. Sığorta etdirilmiş inşaat işləri və əgər ayrıca sığorta etdirilibsə, zəmanət müddəti, sığorta şəhadətnaməsində göstərilən tarixdə başa çatmadıqda, təminat müddəti, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən ediləcək şərtlər və əlavə sığorta haqqı alınmaqla uçadılır.
Sığorta etdirilmiş inşaat işləri hansısa bir səbəbə görə, fasiləsiz olaraq bir aydan çox dayandırılarsa, sığorta etdirənin yazılı xəbərdarlığına əsasən sığorta təminatı dayandırılır. Əgər sığorta etdirən təminatın, dayanma dövründəki risklərlə əlaqədar davam etməsini istəyirsə, həmin müddətlə əlaqədar şərtlər və sığorta haqqları sığortaçı tərəfindən müəyyən edilir. İnşaat işinin yenidən başlanmasından sonra sığortanın müddəti istifadə olunmayan günlərə uyğun olaraq uzadılır. İnşaat işlərinin fasiləsiz olaraq 6 aydan çox dayandırılması halında uzadılan müddətlə əlaqədar sığorta haqqı və şərtlər yenidən sığortaçı tərəfindən müəyyən edilir.
|