AZ | EN | FR
Untitled Document
Untitled Document
Onlar bizə etibar etdilər

Siğоrta şirkətinin fəaliyyətini dəyərləndirdikdə, оnun zərər təcrübəsi və təkrarsığоrta dəstəyi kimi amillər əhəmiyyətli rоl оynayir.
   
Untitled Document
Web Mail  
Username

Password


Sığorta təminatının əhatə dairəsi

Bu sığorta ilə sığorta şəhadətnaməsinə daxil olan əmlaklara, sığorta müddəti ərzində montaj sahəsində olduqları zaman və inşaat işləri aparılarkən, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə bu sığorta şəhadətnaməsində göstərilən istisnalar nəzərə alınmaqla təminat verilir.

Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən hallar

Əlavə sığorta haqqı müqabilində, aşağıdakılar sığorta təminatına daxil edilir:

- Montajda istifadə olunan maşın, alət və ləvazimatlar, müvəqqəti tikinti barakları və köməkçi tikililər;

- Üçüncü şəxslərə dəyən zərərlərə görə sığorta etdirənə keçəcək hüquqi cavabdehliklər;

- Hadisə nəticəsində meydana gəlmiş uçuq və daüıntıların aradan qaldırılması üçün çəkilən xərclər;

- Təminatın əhatə dairəsinə daxil olan səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi, hava nəqliyyat vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləmənin haqqları;

- Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlərin səbəb olduğu bütün növ zərər və ziyanlar;

- Dörd həftədən artıq davam edən sınaq müddətində meydana gələn ziyan və zərərlər.

Sığorta təminatına daxil olmayan hallar

Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:

- Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində meydana gələn ziyan və zərərlər;

- Hər hansı nüvə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;

- Səlahiyyətli orqanların sığortalanmış əmlakdan istifadə etməsi nəticəsində meydana gələn ziyan və zərərlər;

- Montaj ediləcək avadanlıqların daxilində mövcud olan konstruksiya, detal çatışmamazlığı, material azlığı, quraşdırma və montaj səhvləri (bu istisnalar qüsurlu detal və hissələrin təmir və montaj xərclərinə aiddir və bu səbəblər üzündən sığortalanmış digər avadanlıqlarda meydana gələcək ziyan və zərərlərə şamil edilmir);

- Aşınma, korlanma, çürümə və paslanmalar;

- Montaj məqsədilə istifadə olunan maşın, avadanlıq və dəzgahların mexaniki və ya elektrik nasazlığı və ya qırılmaları (bəhs olunan nasazlıq və qırılmaların digər sığortalanmış əmlaklarda meydana gətirəcəyi ziyan və zərərlər təminata daxildir);

- İnventar çatışmazlıqları;

- Sığorta etdirənin və ya onun adından fəaliyyət göstərən cavabdeh şəxsin qəsdən hərəkətləri və ya əlavə razılaşma varsa, kobud səhvi;

- Montajı başa çatmış və ya sınaq müddəti bitmiş, eləcə də sifarişçiyə təhvil verilən və ya sifarişçi tərəfindən istifadə olunan hissələrdə birbaşa və ya dolayısı ilə meydana gələn ziyan və zərərlər;

- Montajın gecikməsinə, qismən və ya tamamilə dayandırılmasına, öhdəliyin yerinə yetirilməməsinə, müqavilənin ləğv edilməsinə və ya cəza şərtlərinin tətbiq edilməsinə görə dəyən zərərlər də daxil olmaqla gözlənilən gəlirin itirilməsi, estetik qüsurlar kimi bütün nəticə zərərləri;

- Montaj ilə əlaqədar olan bütün hava, avtomobil və su yolları nəqliyyat vasitələri;

- Nağd pul, qiymətli kağızlar (çek, veksel, səhm, istiqraz və s.) qaimə, sənəd qovluğu, borc iltizamları və hesabat işlərilə əlaqədar bütün mühasibat sənədləri, montaj və qurğulara aid olan plan və layihələr.

Sığorta təminatının müddəti

Təminat müddəti, sığorta şəhadətnaməsində göstərilən başlanğıc tarixinin əsas olması şərti ilə sığorta şəhadətnaməsinə əlavə olunmuş siyahıda göstərilən avadanlıq və ləvazimatların montaj sahəsinə gətirildiyi andan başlayır və sığorta şəhadətnaməsində göstərilən başa çatma tarixində qurtarır. Lakin montajın bu tarixdən əvvəl qismən və ya tamamilə başa çatdırılıb sifarişçiyə təhvil verildiyi hallarda, həmin hissələrlə əlaqədar təminat müddəti başa çatmış olur. Bu təminatın əhatə dairəsinə daxil olan və inşaat sahəsinə gətirilən material və avadanlıqlar üçün yük sığortası vardırsa, həmin mallarla əlaqədar təminat, yük sığortası başa çatdıqdan sonra başlanır.

Təminat müddətinə, sığorta şəhadətnaməsində ayrı razılaşma olmadıqda, dörd həftəlik sınaq müddəti də daxildir. Bu zaman, istifadə olunmuş maşın və qurğuların montajı da sığortalanmış olarsa, həmin maşın və detallara sınaq müddəti təminatı verilə bilməz.

Sığorta etdirən qurğuların bütövlükdə və ya hər hansı bir hissəsinin sınaqdan keçməsinin başlama tarixlərini ən azı 8 gün əvvəldən sığortaçıya yazılı olaraq bildirməlidir. Montajın təminat müddəti sığorta şəhadətnaməsində göstərilən tarixdən əvvəl başa çatdıqda sınaq dövrü, müddəti dəyişdirilmədən irəli çəkilir. Ancaq montaj sığortasının təminat müddətinin sığorta şəhadətnaməsində göstərilən müddətdən əvvəl sona çatacağını, sığorta etdirən ən azı 8 gün əvvəldən sığortaçıya yazılı şəkildə bildirməlidir.

Sığorta etdirilmiş montaj işləri sığorta şəhadətnaməsində göstərilən tarixdə başa çatmazsa, təminat müddəti, qarşılıqlı razılıq əsasında müəyyən edilən şərtlər və əlavə sığorta haqqı alınmaqla uzadıla bilər.

Sınaq müddəti ərzində görülən iş dörd həftə ərzində sona çatdırılmadığı halda təminat müddəti, qarşılıqlı razılıq əsasında və əlavə sığorta haqqı alınmaqla uzadıla bilər.
 

Untitled Document
Xəbərlər 
Xidmətlərimiz haqqinda nə fikirləsirsiniz?







Untitled Document
Valyuta  
USD 0.86: EUR 1.15:         RR 0.03   :

Bakida Hava  
Halhazirda:+7+9°
Maksimal: 1°
Minimal: ex°
Nisbi Rütubət: .99%
Haqqimizda Mövqeyimiz Xidmətlərimiz Müstərilərimiz Təhsil Filiallar & Agentliklər
Powered by Pentasoft.az