|
Əmlakın yanğın və digər əlavə risklərdən sığortası
Sığortanın mövzusu
Bu sığorta ilə yanğın, ildırım, partlayış və ya yanğın və partlayışla əlaqədar meydana gələn tüstü, buxar və hərarət nəticəsində sığortalanmış əmlaka dəyən maddi zərərlərə sığorta məbləği həddində təminat verilir.
Sığorta təminatının əhatə dairəsi
Daşınmaz əmlaklar üzrə:
Əlavə sığorta haqqı ödəməklə, binalar, təsərrüfat tikintiləri, qaraj, su anbarı, yanacaq anbarı kimi əlavə tikililər, binaların içərisində və ya üzərində olan hər cür sabit qurğular, lift və ekskalatorlar, ildırım ötürən, televizor antenası kimi əmlak sığorta təminatının əhatə dairəsinə daxil edilir.
Bünövrələr, bağ və həyət hasarları, kontrforslar (uçqunun, sürüşmənin, çökmənin nisbətən qarşısının alınmasından ötrü perpendikulyar tikilən dayaq hasarları), səkilər, meydançalar, eyvanlar, pilləkənlər, bulaqlar, binaların xaricində olan heykəllər, su anbarları, hovuzlar və bu kimi digər tikililər, yalnız sığorta şəhadətnaməsində yazılması şərtilə, sığorta təminatına daxil edilə bilər.
Daşınan əmlaklar üzrə:
Sığorta edilmiş ünvanlarda olan;
Sığortalanmış əşyalar keyfiyyətlərinə görə növ və ya qruplara ayrılmışsa, bu növ və ya qruplardan birinə daxil olan əşyalar;
Sığortalanmış əşyaların hamısı üçün yalnız bir sığorta məbləği müəyyən edilmişdirsə, bu məbləğə daxil olan bütün əşyalar, sığorta şəhadətnaməsində yaçılmasından asılı olmayaraq, yeri dəyişdirildiyinə və ya sonradan alınmış olsa da, sığorta təminatının əhatə dairəsinə daxildir.
Əlavə razılaşma yoxdursa, yalnız sığorta etdirənə və onunla birlikdə yaşayan ailə öçvlərinə və ya onunla birlikdə yaşayan şəxslərə və yaxud xidmətçilərə məxsus əşyalar qəbul olunmuş limit faizini keçməmək şərti ilə sığorta təminatına daxildir.
Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən zərərlər
Aşağıdakı hadisələrə görə dəyən zərərlər əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqı ödəmək şərti ilə sığorta təminatına daxil edilə bilər;
- Tətil, lokaut (qarşısıalınma tədbirləri), iğtişaş və xalq hərəkatları və bunların qarşısının alınması üçün görülən tədbirlər;
- Üçüncü şəxslərin qəsd hərəkətləri;
- Terror;
- Zəlzələ və vulkan püskürməsi.
Yanğın və partlayışın nəticəsi olmayaraq baş verən aşağıdakı hadisələrə görə dəyən zərərlər yalnız əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta təminatına daxil edilə bilər:
- Qar ağırlığı;
- Sel və su basması;
- Yer sürüşməsi;
- Fırtına;
- Daxili su;
- Tüstü;
- Nəqliyyat vasitələrinin sığortalanmış obyektə dəyməsi;
- Avtomobillərin sığortalanmış obyektə dəyməsi;
- Su nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi;
- Hava nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi;
Aşağıda göstərilən əmlak və əmlak mənafeləri, habelə itkilər sığorta məbləğlərinin sığorta şəhadətnaməsində ayrıca göstərilməsi və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta təminatına daxil edilə bilər:
- Sənətkarlıq və antikvarlıüı baxımından qiymətli olan tablolar, rəsm əsərləri, kitablar, qravörlər, yaçılar, heykəllər, bəçək əşyaları, kolleksiyalar, xalçalar və bu kimi əşyalar;
- Modellər, qəliblər, plan və eskiçlər, ixtira patentləri, sənədlər, mühasibatlıq sənədləri və bu kimi digər sənədlər;
- Nağd pul, səhmlər, istiqrazlar, qiymətli kağızlar, bütün növ qızıl və gümüş, onlardan haçırlanmış çiynət əşyaları, digər qiymətli çiynət ləvazimatları, qiymətli daşlar, incilər və sair qiymətli əşyalar;
- Dəniz, hava, avtomobil nəqliyyatı vasitələri və bunların yükləri (hərəkət halı istisna olmaqla);
- Əmanət və girov mallar;
- Uçuq və daüıntıların aradan qaldırılması;
- Gəlirin itirilməsi və mənfəətdən məhrum olma;
- Yanğın və partlayış üzrə maddi cavabdehlik (bu təminat əlavə sığorta haqqı müqabilində sığorta təminatının əhatə dairəsinə daxil edilə bilər).
Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
- Müharibə, hər cür hərbi əməliyyatlar, istila, xarici düşmən basqınları, döyüş (müharibə elan edilmiş olub olmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə görülən inzibati və hərbi tədbirlər nəticəsində meydana gələn zərərlər;
- Hər hansı nüvə partlayışı, nüvə enerjisinin yanması nəticəsində yaranan nüvə tullantılarından, radiasiya və radioaktiv çirklənmələr və bunlarla əlaqədar görülən hərbi və inzibati tədbirlər;
- Dövlətin səlahiyyətli orqanları tərəfindən sığortalanmış əmlaklardan istifadə olunması nəticəsində meydana çıxan zərərlər;
- Sığortalanmış əşyaların, yanğın baş vermədən, öz qüsurlarına, keyfiyyətsiz hazırlanmalarına, həddindən artıq qurumalarına görə və yaxud onların özlərində əmələ gələn zərərlər;
- Yanğın baş vermədən sığortalanmış əşyaların istifadə olunması və ya başqa bir faydalı məqsədlə alova və ya istiyə tutulmasına, ocaq və ya digər alov olan bir yerə döşməsinə və ya atılmasına, paltar və ya döşək ağlarının ütü və digər bu kimi əşyalar ilə alovsuz olaraq yanmasına, qızdırıcı, işıqlandırıcı, ütüləmə alətləri, lampa, şam, siqaret və sair bu kimi istilik mənbələrinin toxunmasına görə dəyən zərərlər;
- Yanğın baş vermədən cərəyanla işləyən hər cür mühərrik, elektrik və elektron alətlər, cihazlar və qurğuların elektrik xəttinə birləşdirilmiş olduqları zaman dövriyyədə olan qısa qapanma, enerjinin artıb-azalması, habelə bunun nəticəsində qızma və induksiya cərəyanı kimi səbəblərə görə dəyən zərərlər;
- Kiçik bir təzyiq nəticəsində qoruyucuların içəriyə doğru çökməsi, düşməsi və digər formada deformasiyaya uüraması, köhnəlməsi, mərkəzdən qaçma qüvvəsi və texniki hadisələr nəticəsində sığorta edilmiş cihaz və mühərriklərə dəyən hər cür zərərlər.
|