AZ | EN | FR
Untitled Document
Untitled Document
Onlar bizə etibar etdilər

Siğоrta şirkətinin fəaliyyətini dəyərləndirdikdə, оnun zərər təcrübəsi və təkrarsığоrta dəstəyi kimi amillər əhəmiyyətli rоl оynayir.
   
Untitled Document
Web Mail  
Username

Password


Dəniz və göldə hərəkət edən gəmi və ya digər su nəqliyyatı vasitələri üçün

Sığorta təminatının əhatə dairəsi

Bu sığorta ilə dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərələrə sığorta şəhadətnaməsinin şərtləri daxilində təminat verilir.

Bu maddədə istifadə olunan dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri termini müxtəlif yük və sərnişin gəmilərini əhatə edir. Ancaq sığortaçı qəbul edərsə, taxta və ya beton, yaxud bunların qarışığından hazırlanmış gəmilər, yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər, xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri kimi su nəqliyyat vasitələri də dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri termininin əhatə dairəsinə daxil edilə bilər.

Sığorta təminatı, hadisə nəticəsində gəmi və digər dənizə, göl və ya çay nəqliyyat vasitələrinə, yaxud bunlarla əlaqədar digər əmlaklara dəyəcək ziyan və zərərləri, məsuliyyətə görə zərərin ödənilməsini (ayrıca olaraq təminata daxil edilibsə), yaxud bunlarla əlaqədar xərcləri əhatə edir. Ziyan və ya zərərin miqdarı, məsuliyyətə görə zərərin ödənilməsi ilə əlaqədar xərclərin həcm və mahiyyəti, eləcə də təminat verilən və verilməyən hadisələr sığorta şəhadətnaməsinə əlavə edilən xüsusi şərtlərə əsasən müəyyən edilir.

Sığorta olunacaq gəmi və digər su nəqliyyat vasitələri növlərə ayırma (sinifləndirmə) təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmalı və bu sənədlərin etibarlılıq müddəti sığorta müddətindən artıq olmalıdır. Növlərə ayırma təşkilatları tərəfindən verilmiş dərəcə sənədinə malik olmayan gəmi və digər su nəqliyyat vasitələrinin sığorta olunması üçün, onların mövcud qanunvericilik aktlarının müvafiq müddəalarına uyğun olaraq istehsal edilmələri məcburi xarakter daşıyır.

Müqavilədə başqa bir şərt nəzərdə tutulmazsa, gəmi və digər dəniz və göldə hərəkət edən su nəqliyyat vasitələrinin sığorta dəyəri, onların, hadisə baş verdiyi andakı dəyərinə bərabərdir. Başqa bir şərt nəzərdə tutulmazsa, yanacaq, ərzaq ehtiyatı və ləvazimatlar, gəmi işçilərinə ödənilən əmək haqqları və sığorta haqqı bu dəyərə daxil deyildir.

Sığorta məbləği sığorta dəyərindən çox ola bilməz. Belə olan halda artıq olan hissə etibarsız sayılır.

Sığorta məbləğinin sığorta dəyərindən az olduğu hallarda sığorta ödənişi, sığorta məbləği ilə sığorta dəyəri arasındakı nisbətə uyğun olaraq ödənilir.
 

Untitled Document
Xəbərlər 
Xidmətlərimiz haqqinda nə fikirləsirsiniz?







Untitled Document
Valyuta  
USD 0.86: EUR 1.15:         RR 0.03   :

Bakida Hava  
Halhazirda:+7+9°
Maksimal: 1°
Minimal: ex°
Nisbi Rütubət: .99%
Haqqimizda Mövqeyimiz Xidmətlərimiz Müstərilərimiz Təhsil Filiallar & Agentliklər
Powered by Pentasoft.az