Səyahət SığortasıYorğun bir iş ilinin arxasından gözəl və mənalı bir istirahət etmək üçün səyahətə çıxırsınız. Bütün qayğılardan uzaq rahat bir zaman keçirmək və dinlənmək istəyirsiniz. Və yaxud da həyatınızın axarını dəyişəcək, iş dünyasında gələcəyinizi müəyyənləşdirəcək işgüzar bir səyahətə çıxmaq üzrəsiniz. Lakin bəzən hər hansı bir hadisə ola biləcəyini və bütün planları alt-üst edəbiləcəyini unuduruq və ya sadəcə olaraq düşünmürük.
Əlbətdə bu halda başverəbiləcək bütün bu hallardan qaçmaq mümkün olmasa da onun nəticələrini aradan qaldırmaq mümkündür. Bunun tək yolu səyahətinizi sığortalamanızdır.
Zəngin təcrübəyə malik olan BAŞAK İNAM şirkəti bütün sığorta növlərində olduğu kimi yüksək səviyyəli səyahət sığortası ilə də xidmətinizdədir. Sizin səyahət zamanı başınıza gələbiləcək bütün problemləri öz üzərimizə götürməklə sizin sağlamlığınızı və səyahət boyu xərclədiyiniz sərmayənin pozulmamasına təminat veririk. Səyahətə çıxmazdan əvvəl bizim sığorta polisimizi əldə etməniz dünyanın istənilən nöqtəsində sizə hərtərəfli tibbi yardım göstərilməsi üçün kifayətdir. Əmin ola bilərsiniz ki, bizim yüksək səviyyəli mütəxəssislərimiz səyahət zamanı zəruri olan bütün növ təcili yardımın təşkilində sizin köməkçiniz olacaq.
|
BAŞAK İNAM Səyahət sığortasının üstünlükləri:
- Hansı ölkəyə getməyinizdən asılı olmayaraq ödəyəcəyiniz sığorta haqqı dəyişməz olaraq qalır.
- Ən aşağı franşiza tətbiz olunur. Yəni sığortaçının hadisə baş verdiyi zaman ödəycəyi əlavə haqq cüzi bir məbləğ təşkil edir.
- Bizim polislərimiz (sığorta şəhadətnamələrimiz) Azərbaycanda fəaliyyət göstərən bütün səfirliklərdə keçərlidir.
- Ancaq bizim şirkətdə 12 yaşlı uşaqlara sığorta haqqından 10% güzəşt tətbiq edilir.
- Digər şirkətlərdən fərqli olaraq, biz yaşlı şəxslərə də sığorta təminatı veririk.
- Qısa müddətli, orta müddətli və uzun müddətli təminat verilir.
|
|