AZ | EN | FR
Untitled Document
Untitled Document
Onlar bizə etibar etdilər

Siğоrta şirkətinin fəaliyyətini dəyərləndirdikdə, оnun zərər təcrübəsi və təkrarsığоrta dəstəyi kimi amillər əhəmiyyətli rоl оynayir.
   
Untitled Document
Web Mail  
Username

Password


Sığorta təminatının əhatə dairəsi

Bu sığorta ilə, sığorta etdirənin quşçuluq fermalarında olan ev quşlarının aşağıdakı hadisələr nəticəsində, məcburi kəsdirmələr də daxil olmaqla tələf olmalarına görə dəyən həqiqi zərərlərə təminat verilir:

- Bütün növ adi və yoluxucu xəstəliklər;
- Hər cür qəzalar, vəhşi heyvanların hücumu, kənar şəxslərin qəsdən zəhərləməsi, yaralaması və ya şikəst etməsi, yemdən zəhərlənmə;
- Şaxtadan donma, fırtına, torpaq çökməsi və ya sürüşməsi və su basması;
- Yanğın, yanğına səbəb olub-olmamasından asılı olmayaraq ildırım və ya partlayış.

Sığorta müddəti ərzində meydana gələn xəstəlik nəticəsində sığortanın başa çatma tarixindən sonrakı ilk iki həftə ərzində baş verən tələf olmalara görə dəyən zərərlər də sığorta təminatına daxildir.

Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən zərərlər

Aşağıdakı hallar nəticəsində dəyən ziyan və zərərlərə yalnız əlavə sığorta haqqı müqabilində sığorta təminatı verilir:

- Tətil, lokaut, iğtişaş, xalq hərəkatları və bunlarla əlaqədar hərbi və inzibati tədbirlər;
- Oğurluq.

Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)

Aşağıdakı hallar nəticəsində dəyən ziyan və zərərlər sığorta təminatına daxil edilmir:

- Tük və yumurtanı yemə, dimdiyi ilə dişləmə və ya digər bu kimi pis alışqanlıqlar;
- Quşların şikəstliyi və anormal inkişaf etmələri;
- Sığorta müqaviləsi imzalandığı tarixdən əvvəl mövcud olan xəstəliklər, düzgün yemləməmə və çatışmamazlıqlar;
- Müharibə, hər cür hərbi hərəkatlar, istila, xarici düşmən basqınları, savaş (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, üsyan və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlər;
- Nüvə partlayışı, radiasiya, radioaktiv çirklənmə və bunlarla əlaqədar həyata keçirilən hərbi və inzibati tədbirlər;
- Səlahiyyətli orqanların sığortalı quşlardan istifadə etməsi nəticəsində, tələf olma və ya məcburi kəsdirmələr.
 

Untitled Document
Xəbərlər 
Xidmətlərimiz haqqinda nə fikirləsirsiniz?







Untitled Document
Valyuta  
USD 0.86: EUR 1.15:         RR 0.03   :

Bakida Hava  
Halhazirda:+7+9°
Maksimal: 1°
Minimal: ex°
Nisbi Rütubət: .99%
Haqqimizda Mövqeyimiz Xidmətlərimiz Müstərilərimiz Təhsil Filiallar & Agentliklər
Powered by Pentasoft.az