AZ | EN | FR
Untitled Document
Untitled Document
Onlar bizə etibar etdilər

Siğоrta şirkətinin fəaliyyətini dəyərləndirdikdə, оnun zərər təcrübəsi və təkrarsığоrta dəstəyi kimi amillər əhəmiyyətli rоl оynayir.
   
Untitled Document
Web Mail  
Username

Password

Sığorta təminatının əhatə dairəsi

Bu sığorta ilə, dolu düşməsi nəticəsində istilikxanalara və istilikxanalarda yetişdirilən məhsullara dəyən ziyan və zərərlərə, sığorta məbləği həddində təminat verilir.

Sığorta məbləğinin əhatə dairəsi

Sığorta məbləği, aşağıda göstərilənlərin ümumi dəyərindən ibarətdir:

- İstilikxanaların, örtük və digər quraşdırma materiallarının montaj xərcləri də daxil olmaqla ümumi dəyəri;

- İstilikxana konstruksiyasının, hazırlanması və montajı üçün ödənilən haqqlar da daxil olmaqla ümumi dəyəri;

- Qızdırıcı, hava tənzimləyici, suvarma qurğuları və istilikxanaların digər bu kimi əsas cihaz və avadanlıqlarının dəyəri;

- İstilikxanalarda becərilən bitkilərin məhsullarının yetişdikləri zaman nəzərdə tutulan təxmini məbləğləri (əgər sığorta müddəti ərzində bir neçə dəfə məhsul götürülürsə, həmin məhsulların nəzərdə tutulan məbləğlərinin cəmi)

Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən zərərlər

Aşağıdakı hadisələr nəticəsində dəyən zərərlər əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilir:

- Tətil, lokaut, iğtişaş və xalq hərəkatları;
- Pis niyyətli hərəkətlər;
- Terror;
- Yanğın, ildırım, partlayış;
- Fırtına;
- Zəlzələ və vulkan püskürməsi;
- Qar ağırlığı;
- Şaxta;
- Sel və su basması;
- İstilikxananın daxilində baş verən su basması;
- Torpaq sürüşməsi;
- Duman;
- Avtomobil, su və hava nəqliyyat vasitələrinin istilikxanaya dəyməsi;

Aşağıda göstərilən zərərlər, müqavilədə təminat verilən hadisələrlə əlaqədar olsa belə sığorta təminatının əhatə dairəsinə daxil deyildir və belə itkilərə, yalnız əlavə müqavilə bağlanması şərtilə təminat verilə bilər:

- Təminat verilən hadisənin səbəb olduğu keyfiyyət itkisi;
- Fəaliyyətin dayanması və ya zəifləməsinin səbəb olduğu gəlir itkisi;
- Dağıntıların aradan qaldırılması üçün çəkilən xərclər.

Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)

Aşağıdakı hallar nəticəsində dəyən ziyan və zərərlər sığorta təminatına daxil edilmir:

- İstilikxanaların düzgün layihələşdirilməməsi və ya layihənin düzgün tətbiq edilməməsi;

- İstilikxanalar qurulduğu zaman keyfiyyətsiz materialdan istifadə edilməsi və ya işin keyfiyyətsiz icrası

- Müharibə, hər cür hərbi hərəkətlər, istila, xarici düşmən basqınları, (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), daxili münaqişə, inqlab, üsyan, qiyam və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlər;

- Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlər;

- Səlahiyyətli orqanların sığortalanmış istilikxanadan istifadə etməsi nəticəsində istilikxanaya və içindəki məhsula vurulan ziyan;

- Sığorta etdirənin və ya hərəkətlərinə görə məsuliyyət daşıdığı şəxslərin qəsdən etdikləri hərəkətləri və ya kobud səhvləri.

Franşiza (Sığorta ödənişindən qismən azad olma)

Tərəflər müəyyən olunmuş bir məbləğdə və ya sığorta məbləğinin müəyyən bir faizinə qədər olan zərərlərin və yaxud dəymiş zərərin müəyyən bir hissəsinin sığortaçı tərəfindən ödənilməyəcəyini razılaşdıra bilərlər.

Bu formada müəyyənləşdirilən franşiza faizi və ya miqdarı sığorta şəhadətnaməsində qeyd olunur.

Sığortanın müddəti, təminatın başlanması və sona çatması

Sığorta təminatı, hər bir bitki üçün, həmin bitkinin şitil və ya calaqlarının istilikxanalarda əkilməsi dövründən başlayır və məhsulun toplanılmasıyla sona çatır. Digər bütün hallarda isə, sığorta təminatı başqa bir şərt nəzərdə tutulmayıbsa, şəhadətnamədə başlama və sona çatma vaxtları kimi göstərilən tarixlərdə, Azərbaycan vaxtı ilə gecə saat 24.00-da başlayır və saat 24.00-da sona çatır.
 

Untitled Document
Xəbərlər 
Xidmətlərimiz haqqinda nə fikirləsirsiniz?







Untitled Document
Valyuta  
USD 0.86: EUR 1.15:         RR 0.03   :

Bakida Hava  
Halhazirda:+7+9°
Maksimal: 1°
Minimal: ex°
Nisbi Rütubət: .99%
Haqqimizda Mövqeyimiz Xidmətlərimiz Müstərilərimiz Təhsil Filiallar & Agentliklər
Powered by Pentasoft.az