AZ | EN | FR
Untitled Document
Untitled Document
Onlar bizə etibar etdilər

Siğоrta şirkətinin fəaliyyətini dəyərləndirdikdə, оnun zərər təcrübəsi və təkrarsığоrta dəstəyi kimi amillər əhəmiyyətli rоl оynayir.
   
Untitled Document
Web Mail  
Username

Password


Kənd təsərrüfatı bitkiləri məhsullarının doludan sığortası

Sığorta təminatının əhatə dairəsi

Bu sığorta ilə, dolu düşməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsullarına dəyən ziyan və zərərlərə istilikxanalar və istilikxanalarda yetişdirilən məhsullar istisna olmaqla təminat verilir.

Sığorta məbləğinin əhatə dairəsi

Sığorta məbləği, əlavə razılaşma yoxdursa, qiymətləndirilməsi mümkün olan əsas məhsulun dəyərindən ibarət olur. Sığorta etdirənin təklifi ilə köməkçi məhsullar da əsas məhsulun müəyyən bir nisbəti daxilində və şəhadətnamədə ayrıca olaraq göstərilməsi şərtilə sığorta dəyərinə daxil edilə bilər, lakin köməkçi məhsullar ayrılıqda sığorta oluna bilməz.

Müxtəlif bitkilər üzrə sığorta məbləğinin əhatə dairəsinə daxil olan əsas məhsullar aşağıdakılardır:

Tarla bitkilərində;
- Taxıllarda və dənli bitkilərdə : dən
- Lifli bitkilərdə : lif
- Pambıqda : xam pambıq
- Toxumu yağlı olan bitkilərdə : toxum
- Əsas məhsulu gövdədən ibarət bitkilərdə : gövdə
- Əsas məhsulu kököndə və dibində olan bitkilərdə : kök və dib
- Əsas məhsulu yarpaqdan ibarət olan bitkilərdə : yarpaq
- Toxum üçün yetişdirilən yem bitkilərində : toxum

Calaq, şitil və digər bu kimi məhsullarda sığorta məbləği, heç bir nisbət ayrılması tətbiq edilmədən məhsulu bütövlüklə əhatə edir.

Yaşıl yem bitkilərində sığorta məbləği, biçinlərin sayına əsasən hesablanır.

Bağ, bağça və zeytun bağları sığortalandığı zaman sığorta məbləği, meyvə və zeytunu əhatə edir.

Bir neçə dəfə məhsul verən bitkilərdə hər bir məhsul yığımı üzrə sığorta məbləği müvafiq məhsulun xüsusiyyətlərinə görə hesablanaraq sığorta şəhadətnaməsinə yazılır.

Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən zərərlər

Aşağıdakı səbəblərdən bitkilərin məhsullarına dəyən zərərlər əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilə bilər:

- Şaxta vurması nəticəsində məhsuldarlıqda baş verə biləcək itkilər;
- Toplanması, biçilməsi, çıxarılması və ya dərilməsi başa çatmamış məhsullara yanğın, ildırım və partlayış nəticəsində dəyən zərərlər;
- Dolunun ağaclara vurduğu zərərlər;
- Dolunun göyərti, meyvə və çiçəklərdə əmələ gətirəcəyi məhsul itkisi;
- Tətil, lokaut, ixtişaş və xalq hərəkatları və bunların qarşısını almaq və ya təsir gücünü azaltmaq üçün səlahiyyətli orqanlar tərəfindən həyata keçirilən tədbirlərin səbəb olduğu zərər və itkilər;
- Məhsullara qəsdən vurulan zərərlər;
- Terror aktları, terrordan irəli gələn sabotajlar və onların nəticəsində dəyən zərərlər;
- Bilavasitə sel və su basqınları, fırtına, zəlzələ və vulkan püskürməsi nəticəsində dəyən ziyan və zərərlər

Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)

Aşağıdakı hallarda dəyən ziyan və zərərlərə sığorta təminatı verilmir:

- Tarlada saxlanılan və vaxtında daşınmayan məhsullara dəyən zərərlər;
- Sığorta etdirənin özünün və ya hərəkətlərinə görə məsuliyyət daşıdığı şəxslərin qəsdən hərəkətləri və ya kobud səhvləri nəticəsində dəyən ziyan və zərərlər;
- Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə, habelə bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin səbəb olduğu hər cür zərər və itkilər;
- Səlahiyyətli orqanların sığortalanmış məhsul və ərazidən istifadə etməsi nəticəsində meydana gələn zərər və itkilər;
- Müharibə, hər cür hərbi hərəkatlar, istila, xarici düşmən basqınları (Müharibə elan edilib edilməməsindən asılı olmayaraq), daxili münaqişə, üsyan, qiyam və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin səbəb olduğu zərər və itkilər.

Franşiza (Sığorta ödənişindən qismən azad olma)

Tərəflər müəyyən olunmuş bir miqdara və ya sığorta məbləğinin müəyyən bir faizinə qədər olan zərərlərin və yaxud dəymiş zərərin müəyyən bir hissəsinin sığortaçı tərəfindən ödənilməyəcəyini (franşiza) razılaşdıra bilərlər.

Bu formada müəyyənləşdirilən FRANŞİZA faizi və ya miqdarı sığorta şəhadətnaməsində qeyd olunur.

Sığortanın təminatının müddəti, təminatın başlanması və sona çatması

Sığorta təminatı:

- Aşağıda göstərilənlər istisna olmaqla, tarlada yetişdirilən bütün növ bir illik kənd təsərrüfatı bitkilərinin cücərməsi və yaşıllaşması ilə;
- bağlarda tumurcuqların oyanması dövründə;
- meyvələrdə çiçəkləmənin başa çatması dövründə;
- calaq və şitillərin tutması və yaşıllaşması dövründə başlayır.

Sığorta təminatı, sığortalı məhsullar toplandıqda, yığıldıqda, sahədən çıxarıldıqdan, dərildikdən və yaxud tamamilə məhv olduqdan sonra başa çatır.

Sığortalanmış ərazidə sığortaçının razılığı olmadan ikinci dəfə əkilən kənd təsərrüfatı bitkiləri təminata daxil deyildir. Sığortaçının məsuliyyəti şəhadətnamədə göstərilən tarixə qədər davam edir.
 

Untitled Document
Xəbərlər 
Xidmətlərimiz haqqinda nə fikirləsirsiniz?







Untitled Document
Valyuta  
USD 0.86: EUR 1.15:         RR 0.03   :

Bakida Hava  
Halhazirda:+7+9°
Maksimal: 1°
Minimal: ex°
Nisbi Rütubət: .99%
Haqqimizda Mövqeyimiz Xidmətlərimiz Müstərilərimiz Təhsil Filiallar & Agentliklər
Powered by Pentasoft.az