AZ | EN | FR
Untitled Document
Untitled Document
Onlar bizə etibar etdilər

Siğоrta şirkətinin fəaliyyətini dəyərləndirdikdə, оnun zərər təcrübəsi və təkrarsığоrta dəstəyi kimi amillər əhəmiyyətli rоl оynayir.
   
Untitled Document
Web Mail  
Username

Password


Sığorta təminatının əhatə dairəsi

Sığortalının sığorta müddəti ərzində məruz qalacağı bədbəxt hadisələrin nəticələrinə qarşı təminat verilir.

Sığortanın ərazisi

Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası ərazisində qüvvədədir.

Bədbəxt hadisə

Bu sığorta növündə bədbəxt hadisə dedikdə, sığortalının iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran qəfil, əvvəlcədən görünməyən və təsadüfi hadisə başa düşülür.

Aşağıdakı hallar da bədbəxt hadisə hesab edilir:

- Qəflətən və gözlənilmədən otağa dolan qazların tənəffüsündən baş verən ölüm hadisəsi;
- Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burxulması və qopması;
- İlan və ya həşaratların çalması nəticəsində zəhərlənmələr;
- Quduzlaşmış heyvanın sığortalını dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən xəsarəti.

Bədbəxt hadisə hesab edilməyən hallar:

- Bütün növ xəstəliklər və onların nəticələri;
- Sığorta təminatına daxil olmayan qəza nəticəsində baş verən donma, günəş vurması;
- Hər hansı düşüncə və ruhi vəziyyətdən asılı olmayaraq intihar və intihara təşəbbüs;
- Spirtli içki qəbulu nəticəsində ölüm, sığorta təminatına daxil olan qəzanın tələb etmədiyi təqdirdə narkotik maddələrdən istifadə, dərman və zəhərli maddələrin qəbulu;
- Sığorta təminatına daxil olan qəzanın tələb etmədiyi təqdirdə, aparılan cərrahiyyə əməliyyatları və müxtəlif növ şüaların qəbulu.

Sığorta təminatına daxil olmayan zərərlər (İstisnalar)

- Müharibə və ya müharibə əməliyyatları, manevrlər və digər hərbi tədbirlər;
- Vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, tətillər;
- Sığortalının cinayət törətməsi və ya buna təşəbbüs zamanı ölməsi və ya bədən xəsarəti alması;
- Sığortalının təhlükədə olan insan və malları xilas etmək halları istisna olmaqla, özünü bilərəkdən təhlükəyə atması;
- Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə;
- Sığorta hadisəsinin nəticəsində baş verməyən suda boğulmalar.

Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən zərərlər

- Motosiklet və motorlu velosiped sürmək və onlara minmək;
- Açıq dənizdə balıqçılıq, balıq ovu, qaban və digər vəhşi heyvanların ovlanması və dağ yüksəkliklərində ovçuluq;
- Alpinizm, qar və ya buz üzərində idman oyunları (xizək idmanı, xokkey və bobsley kimi), maneəli cıdır yarışları, polo, reqbi, qılınc oynatma, təkbətək döyüş, boks, basketbol, futbol və yelkənli qayıq yarışları, ağırlıqqaldırma və peşəkar idman növləri;
- Bütün növ idman müsabiqələri, sürət yarışları;
- Sərnişin kimi uçmaq halı istisna olmaqla, havada bütün növ uçuşlar və həmçinin təlim uçuşları;
- Zəlzələ, sel, vulkan püskürməsi və torpaq sürüşməsi;
- Azərbaycan Respublikası sərhədlərindən kənarda baş verən bədbəxt hadisələr.
 

Peşə sinifləri Ölüm halı
İllik tarif (%)
Ömürlük əlillik halı
İllik tarif (%)
1. Zehni və ya əl əməyi ilə işləyənlər heç bir ixtisas fəaliyyəti ilə məşğul olmayanlar 0,063 0,072
2. Əllə və eyni zamanda fiziki əməklə məşğul olanlar 0,113 0,135
3. Fasiləsiz olaraq dəzgahlarda fiziki və ya əl əməyi ilə məşğul olanlar 0,189 0,225

Risk Növləri Ölüm halı
İllik tarif (%)
Ömürlük əlillik halı
İllik tarif (%)
Motosklet və mühərrik quraşdırılmış velosipedən istifadə edənlər və bunlara minənlər 0,108 0,09
Peşə fəaliyyətindən asılı olmayaraq hər hansı idman növü ilə məşğul olanlar 0,045 0,06


 

Untitled Document
Xəbərlər 
Xidmətlərimiz haqqinda nə fikirləsirsiniz?







Untitled Document
Valyuta  
USD 0.86: EUR 1.15:         RR 0.03   :

Bakida Hava  
Halhazirda:+7+9°
Maksimal: 1°
Minimal: ex°
Nisbi Rütubət: .99%
Haqqimizda Mövqeyimiz Xidmətlərimiz Müstərilərimiz Təhsil Filiallar & Agentliklər
Powered by Pentasoft.az