|
Sığorta təminatının əhatə dairəsi
Is yerində əmək müqaviləsi əsasinda vəzifələrini yerinə yetirərkən bas vermis is qəzasi nəticəsində bədən xəsarəti almis və ya həlak olmus isçilərə və yaxud varislərinə isəgötürənin ödəməli oldugu zərərə sigorta səhadətnaməsində göstərilən məbləgdə və sərtlərlə təminat verilir.
Sığortaçı, bu sığorta növü ilə əlaqədar ortaya çıxan mübahisələrdə sığorta etdirənə qarşı iddia qaldırıldıqda məhkəmə xərclərini və vəkil haqqlarını ödəməyi öhdəsinə götürür. Lakin bütün göstərilən xərclər sığorta ödənişi də daxil olmaqla, sığorta məbləğindən çox ola bilməz.
Sığortanın ərazisi
Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası ərazisində qüvvədədir.
Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilən zərərlər
Aşağıda göstərilən hallar üçün məsuliyyət yalnız əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilə bilər:
- İşəgötürən tərəfindən ayrılmış nəqliyyat vasitəsi ilə işçilərin kollektiv şəkildə iş yerinə gətirilib-aparılması zamanı baş verən qəzalar;
- İşçilərin işəgötürən tərəfindən ezam edildikləri yerlərdə əsas işlə bağlı olmayan fəaliyyətlə məşğul olduqları zaman baş verən iş qəzaları;
- Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda baş verən iş qəzaları;
- Peşə xəstəlikləri;
- Mənəvi ziyanla bağlı ödəniş tələbləri.
Sığorta təminatına daxil olmayan hallar (İstisnalar)
- Qəsdən və şüurlu surətdə törədilən hadisələr;
- Müqavilə şərtlərinə və yaxud xüsusi bir müqaviləyə əsaslanıb sığorta etdirənin qanuni mülki məsuliyyət həddini aşan tələblər;
- Müharibə, hərbi əməliyyatlar, istila, xarici düşmən basqını (müharibə elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan, iğtişaş və bunların qarşısının alınması və ya yatırılması məqsədilə keçirilən inzibati və hərbi tədbirlər;
- İşəgötürənin fəaliyyət sahəsinə daxil deyildirsə, hər hansı nüvə partlayışı, radiasiya və işəgötürənin fəaliyyət sahəsinə daxil olub-olmamasından asılı olmayaraq radiaktiv çirklənmələr və bunlarla əlaqədar görülən hərbi və inzibati tədbirlər.
|